Ərdoğan: “Ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram”

2023/04/ardog-1682762128.jpg
Oxunub: 342     21:27     28 May 2023    
“Özünün və uşaqlarının gələcəyi üçün seçkilərə gedən xalqımıza, qarşıdakı 5 ildə ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram”.

Ordu.az xəbər verir ki, bunu Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa müraciəti zamanı deyib.

O qeyd edib ki, prezident seçkilərinin ikinci turu xalqın iradəsi ilə tamamlanıb:

“İki bayram arasında bizə demokratiya bayramı yaşadan xalqıma təşəkkür edirəm. Özünün və uşaqlarının gələcəyi üçün seçkilərə gedən xalqımıza, qarşıdakı 5 ildə ölkəmizi bizə əmanət edən hər kəsə minnətdaram. 21 ildir layiq olduğumuz kimi, bundan sonra da Türk xalqına layiq olmağa çalışacağıq”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Seçki  


Bizi "telegram"da izləyin