Şimali Kipr Azərbaycanı təbrik edib

2023/05/079a7-1685278610.jpg
Oxunub: 320     15:28     28 May 2023    
Şimali Kipr Türk Respublikasının Xarici İşlər Nazirliyi 28 May - Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə qurumun tviterində paylaşım edilib.

“Azərbaycanın Müstəqillik Gününü ən səmimi arzularımızla təbrik edir, dost və qardaş Azərbaycan xalqına rifah diləyirik”, - tvitdə bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şimali-Kipr   Azərbaycan  


Bizi "telegram"da izləyin