Ordu.az xəbər verir ki, bu barədə Kremlin nümayəndəsi “Moskva. Kreml. Putin” proqramına müsahibəsində danışıb.
“Münaqişənin öz məqsədi var. Bizim prezident tərəfindən açıqlanan məqsədlərimiz var. Onlar dəyişməyiblər. Bu məqsədlərə nail olunmalıdır”, - o, Moskvanın müharibəni aparmağa gücü və resurslarının olub-olmaması ilə bağlı suala cavabında deyib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlamazdan öncə və dərhal sonra Rusiya rəhbərliyi bir çox fərqli siyasi məqsədləri açıqlayıb. Onlar qeyri-müəyyən və hətta ziddiyyətli olublar. Belə ki, “xüsusi hərbi əməliyyat” adı ilə başladılan genişmiqyaslı işğalın elan edilmiş ilkin məqsədi olan “demilitarizasiya və denasifikasiya” (tərk-silah və nasizm ünsürlərindən arındırma) sonrakı “Donbas əhalisinin qorunması” məqsədindən əhəmiyyətli dərəcədə fərqlənir. “Ukrayna rəhbərliyini məsuliyyətə cəlb etmək” üçüncü siyasi məqsəddir. Həmçinin “ABŞ və NATO-nun təsirinin zəifləməsi”, “Dnestryanıya dəhliz”in kəsilməsi və s. də səsləndirilib. Putinin nöqteyi-nəzəri Rusiyanın qalib gəlməsi və qlobal gücə çevrilməsidir, lakin Rusiya lideri hərbi müdaxilənin məqsədləri və onlara necə nail olmaq barədə qeyri-müəyyən danışır.
Zaman keçdikcə Donetsk bölgəsinin ələ keçirilməsi bütün kampaniyanın əsas məqsədi kimi getdikcə daha tez-tez dilə gətirilib.
Ordu.az