Rəsmi Kiyev: Ukrayna və Azərbaycanın ərazi bütövlüyünə dəstək prioritetimizdir

2023/04/1681971551.jpg
Oxunub: 419     11:53     28 May 2023    
Ukrayna Xarici İşlər Nazirliyi Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin tviter səhifəsində paylaşım edilib.

“Azərbaycanı və bu ölkənin Xarici İşlər Nazirliyini Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik! Ukrayna və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi üçün qarşılıqlı dəstək həmişə bizim prioritetimiz olacaqdır. Dost Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram!”, - yazıda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin