Daha 2 ədəd “Anka” PUA-sı Tunisə təhvil verilib

2023/05/D38rS-1685170660.jpg
Oxunub: 6352     14:33     27 May 2023    
Türkiyə Aviasiya və Kosmos Sənayesi (TUSAŞ) şirkəti ötən illərdə “Anka” Pilotsuz Uçuş Aparatının (PUA) ixracı üçün Tunis ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, 3 ədəd “Anka” PUA-sı və 3 ədəd yerüstü stansiyanın yer aldığı müqavilənin ümumi dəyərinin 80 milyon dollar olduğu iddia edilib.

Ötən il Tunis üçün 3 ədəd “Anka” PUA-sı sifarişini tamamlayan TUSAŞ yeni sifariş də alıb. Tunisin sifariş etdiyi əlavə 2 ədəd “Anka” da TUSAŞ tərəfindən Tunis Hərbi Hava Qüvvələrinə təhvil verilib. Beləliklə, TUSAŞ indiyədək Tunisə 5 ədəd “Anka” çatdırıb.

Digər tərəfdən, TUSAŞ “Anka” ixracatı ilə bağlı müxtəlif ölkələrlə təmaslarını davam etdirir. Şirkət indiyədək Qazaxıstana 3 ədəd “Anka”, Qırğızıstana 2 ədəd “Aksungur”, Çada 2 ədəd “Anka” və Tunisə 5 ədəd “Anka” çatdırıb. İndoneziya 12 ədəd, Əlcəzair 10 ədəd və Malayziya 9 ədəd “Anka” sifariş edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   TUSAŞ  


Bizi "telegram"da izləyin