Qeyd olunan 6 fərqli istifadəçi Türkiyə Quru Qoşunları Komandanlığı, Hərbi Hava Qüvvələri Komandanlığı, Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı, Jandarma Baş Komandanlığı, Təhlükəsizlik Baş İdarəsi və Meşə Təsərrüfatı Baş İdarəsidir.
TUSAŞ müəssisələrində ümumi məqsədli helekopterin kabinə, pilot kabinəsi, quyruq konusu, üfüqi və şaquli quyruq, baş və quyruq rotor qoşquları kimi mühüm struktur hissələrin istehsalı həyata keçiriləcək. TUSAŞ helekopterin yekun montaj əməliyyatlarını, sınaqlarını və inteqrasiya maddi-texniki dəstəyini də icra edəcək.
Bundan başqa, TEI şirkəti T-70 helikopteri üçün T-700 mühərrikini istehsal edəcək. T-70-in əsas aviyonikasının və kabinasının yaradılmasını (IMAS) “Sikorsky Aircraft” ilə birlikdə ASELSAN, eniş dəstləri, sürətlər qutusunun detal hissələrinin və dinamik parçalarının istehsal və montajını isə “Alp Havaçılık” şirkəti həyata keçirəcək.

Türk Ümumi Məqsədli Helikopter Proqramı ilə Türkiyənin ümumi məqsədli helikopter ehtiyacı qarşılanacaq, ölkə sənayesi hərbi və mülki sahələrdə daxili ehtiyacların ödənilməsində mühüm rol oynayacaq.
Lisenziya altında yerli istehsal
109 ədəd T70 ümumi məqsədli helikopteri lisenziya əsasında Türkiyədə istehsal olunur və orijinal dizaynlarla milliləşdirilir. Helikopterin gövdəsi, qanadları, eniş dəstləri, sürətlər qutusu, uçuşa nəzarət hissələri, pilot kabinəsi avionikaları və T700-TEI-701D mühərriki Türkiyədə istehsal edilir.
Milli modulyar avionika arxitekturası
Yerli modulyar avionika arxitekturası və proqram təminatı ilə müxtəlif ehtiyaclara cavab verən çevik sistem həlli təklif olunur. Arxitekturada təminat, genişləmə seçimləri və kifayət qədər CPU-yaddaş potensialı mövcuddur.
Yerli uçuş proqramı sayəsində avionik inteqrasiyalar üçün xaricdən asılılıq azalıb. Yerli qabaqcıl elektron əks-tədbir sistemlərinin inteqrasiyası çərçivəsində radar, lazer və istiliklə idarə olunan təhdidlər üçün inkişaf etmiş özünü qoruma xüsusiyyəti və yüksək əməliyyat qabiliyyəti mövcuddur.
Texniki xüsusiyyətlər
Maksimum kreyser sürəti: 296 km/saat
Maksimum uçuş yüksəkliyi: 6.096 m
Maksimum uçuş çəkisi: 9,979 kq
Kabinə eni: 2.14 m
Kabinə hündürlüyü: 1.37 m
Maksimum xarici yük: 4.082 kq
Dəyanət Ağalarlı
Ordu.az