Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.
“Birinci versiya: Dağlıq Qarabağ Ermənistandan müstəqilliyini elan edib. Əgər belədirsə, Ali Sovetin qərarı pozulub, ya pozulmayıb? Əgər pozulubsa, niyə pozanlar məsuliyyətə cəlb olunmayıb? Əgər Azərbaycandan müstəqil olubsa, müstəqillik bəyannaməsi, Ali Sovetin və Vilayət Şurasının qərarı pozulub, yoxsa yox? Əgər biz Ermənistanla birləşmişiksə, kimdən müstəqillik elan edirik? Gəlin irəli gedək. 1995-ci ildə Ermənistan referendum yolu ilə Konstitusiyanı qəbul etdi, 1997-ci ildə Levon Ter-Petrosyan özünün “Müharibə, yoxsa sülh. Ciddi olmaq anı” məqaləsini yayımlayıb. Orada deyib ki, bizim Dağlıq Qarabağın “müstəqilliyi” ilə bağlı heç bir dostumuz yoxdur. O, əslində bunun mümkün olmadığını bildirib. Sual: Onda Ali Sovetin qərarı, müstəqillik bəyannaməsi, konstitusiya pozulub, yoxsa yox? Sonra, 1998-ci ildə hakimiyyət dəyişikliyi oldu və Ermənistan Dağlıq Qarabağı danışıqlar prosesindən kənarda qoydu, bundan sonra danışıqlar üçün əsas kimi “ümumi dövlət” variantı qəbul edildi. Orada qeyd olunub ki, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində bir növ günahkardır. Konstitusiya pozulub, ya pozulmayıb? Bundan sonra Ermənistan və Azərbaycan arasında ərazilərin mübadiləsinə dair danışıqlar paketi müzakirə edilib. Bu dərc edilib: Mehri bölgəsini təhvil vermək müqabilində Dağlıq Qarabağı almaq. Bu, konstitusiyanın pozulmasıdır, yoxsa yox? Bundan sonra “Madrid prinsipləri” qəbul olundu ki, onların da əsas müddəalarından biri Dağlıq Qarabağın statusunun tənzimlənməsi məsələsinin gələcəkdə keçiriləcək referendumla Azərbaycanla razılaşdırılmasıdır. Sual: konstitusiya və Ali Sovetin qərarı pozulub, ya pozulmayıb? Çünki keçmişdə bizim rəvayətimizə görə, referendum keçirilibsə və status dəqiqləşdirilibsə, gələcəkdə hansı referendum olacaq? Gələcəkdə referendum keçirilməsi ilə bağlı razılaşma artıq keçirilən referendumu ləğv etdi. Daha sonra deyilir ki, potensial referendum Dağlıq Qarabağın heç bir statusunu məhdudlaşdıra bilməz. Bu o deməkdir ki, həmin müqavilə ilə Dağlıq Qarabağ da Azərbaycanın tərkibində ola bilərdi, üstəlik, Azərbaycanın tərkibində heç bir status olmadan. İndi o prinsipi qəbul edərək, 1989-cu ildəki Ali Sovetin qərarı, müstəqillik referendumu, konstitusiya pozuldu, ya yox? Daha sonra deyilib ki, referendum tərəflər, Ermənistan və Azərbaycan arasında razılaşdırılmış şərtlər daxilində keçirilməlidir. Əgər biz Qarabağı Azərbaycanın bir hissəsi hesab etmiriksə, niyə tarixləri Azərbaycanla razılaşdırırıq? Konstitusiya pozulub, ya pozulmayıb?”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az