"Təxminən 35 nəfər var idi" deyən Ruben Vardanyan qeyd edib ki, Samvel Babayanın indi nəyi təsəvvür etdiyi ona aydın deyil. Babayan isə bir neçə gün əvvəl Xankəndidə mitinq keçirib. Azsaylı şəxslər onun "dövlət naziri" təyin edilməsini tələb ediblər. Babayan seperatçılarla görüşündə yaranmış vəziyyəti 100 gün ərzində dəyişəcəyini deyir.
Heç kimin düşünmədiyi və "istefası"na çağırış edilən Arayik Harutyunyan isə mitinqdən sonra "siyasi məsləhətləşmələr"in başladığını elan edib. Dünən isə Samvel Babayan teledebat tələbini elan edib.
Bəs Ruben Vardanyan Samvel Babayanla debata gedəcəkmi?
Lakin əsas məsələ bənzər müzakirələrin bölgədə yaşayan ermənilərə heç bir fayda verməyəcəyidir. Qarabağda yaşayan ermənilərin bəziləri manipulyativ televiziya debatına baxacaq, beyinləri radikal fikirlərlə yuyulacaq və onlarda Azərbaycana reinteqrasiya prosesinə əngəl yaradacaq cəfəng düşüncələr formalaşacaq.
Qarabağdakı erməni sakinlər həyatlarında baş verən hər hansı inkişafı bu gün bununla ölçülməlidirlər: kiminsə hər hansı addımı bölgədə nəyisə dəyişə bilərmi, bu, şəxsi ambisiyaları təmin etməkdən başqa hansı problemi həll edəcək? Əslində Qarabağda yaşayan sakinlərin əksəriyyəti bunu yaxşı başa düşür, sadəcə girov statusundan qurtulmaq üçün kifayət qədər şəxsi gücə - üsyana və onu formalaşdıran qüvvələrə malik deyillər. Bu baxımdan, hansısa debata baxmaq və ya mitinqlərə qoşulmaqla onlar müəyyən mənada incidilməkdən qurtulmaq və hədəfə seçilməmək üçün mübarizə aparırlar.
Aqil Məmmədov
Ordu.az