Aİ Zəngəzura verdiyi yardımın həcmini iki dəfə artıraraq 116 milyon avroya çatdırıb

2023/05/c7224-1684481831.jpg
Oxunub: 574     11:22     19 May 2023    
Avropa İttifaqı “Resistant Syunik Team Europe” təşəbbüsü çərçivəsində Zəngəzur vilayətində həyata keçirilən layihələrin büdcəsini iki dəfə artırıb.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqının Ermənistandakı səfiri Andrea Viktorin deyib.

O, təşəbbüsün 5 illik büdcəsinin 51 milyon avrodan 116 milyon avroya yüksəldiyini qeyd edib.

“40 milyon qrant, 76 milyon kredit şəklində olacaq. Əminəm ki, tezliklə yeni üzv dövlətlər də boşluqları doldurmaq üçün bizə dəstək verəcəklər”, - deyə Andrea Viktorin bildirib.

İddia olunur ki, təşəbbüsün əsas məqsədi yerli inkişaf prioritetlərinə uyğun olaraq Zəngəzur vilayətinin davamlı sosial-iqtisadi və institusional inkişafıdır. “Team Europe” təşəbbüsü bu ilin yanvar ayından başlayıb.

Zəngəzur vilayətinin rəhbəri Robert Qukasyan qeyd edib ki, planlar hələ həyata keçirilməyib, təxminən bir il ərzində işlərin konkret istiqamətləri dəqiqləşdirilib.

Qukasyan vurğulayıb ki, böyük ehtimal bir neçə həftədən sonra Avstriya İnkişaf Agentliyi Qafanda ofisini açıb layihələrə başlayacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Zəngəzur  


Bizi "telegram"da izləyin