Ordu.az xəbər verir ki, bunu Zəngəzur vilayətinin rəhbəri Robert Qukasyan deyib.
O qeyd edib ki, Tatev-Ltsen yolu açıldıqdan sonra Tatev döngələrindən aşağı enməyə ehtiyac qalmayacaq.
“Yollar baxımından əsas problem həll olunub. Təbii ki, hələ də bəzi yaşayış məntəqələrinə gedən yollar var, onlar hələ də asfaltlanmayıb, lakin bu, çox qısamüddətli problemdir, önəmli olan sərhədlərdir, yol məsələsini həll etmək asandır”, - deyə Qukasyan bildirib.
O, İran yük maşınlarının Bazarçaydakı Azərbaycan keçid məntəqəsindən keçməsi barədə heç nə eşitmədiyini qeyd edib.
Erməni vilayət rəhbərinin sözlərinə görə, azərbaycanlılar Dığ kəndi istiqamətində qalmaqda davam edirlər.
“Zəngəzurla sərhəddə vəziyyət daim gərgin olaraq qalır. Hazırda vəziyyətdə heç bir dəyişiklik yoxdur, hər şey hamımızın bildiyi kimidir, vəziyyət təbii olaraq gərgindir, sabitdir, nə müsbətə, nə də mənfiyə doğru heç bir dəyişiklik yoxdur”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az