Aralıq Dənizinin Şərqindəki Ölkələrin Freqat Gücü – YUNANISTAN (II YAZI)

2023/05/Pictu-5052907395.jpg
Oxunub: 3100     12:41     19 May 2023    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Şərqi Aralıq dənizinin donanmaları arasında (Türkiyə, Yunanıstan, Misir, İsrail, Suriya, Kipr, Şimali Kipr, Livan, İordaniya, Fələstin) yalnız üç ölkənin (Türkiyə, Yunanıstan və Misir) inventarında “freqat” kimi təsnif edilən gəmilər var.

İsrail və Suriya donanmalarında yüksək tonajlı gəmilər olsa da, bu gəmilər hücum kateri, raket kateri və ya korvet kimi təsnif edilir.


Yunanıstan:

Yunanıstan donanması 2 sinifdən ümumilikdə 13 freqatla Şərqi Aralıq dənizində ikinci ən çox freqat sayına malik donanmadır. Freqatların orta yaşı 38-dir. Yunanıstan son vaxtlar köhnəlmiş freqat parkını yeniləmək üçün həll yolu axtarır. ABŞ-ın yeni inventarından çıxardığı “Independence” sinfinə və “Freedom” sinfinə məxsus LCS-lər haqqında çox danışılsa da, Yunanıstan seçimini Fransanın xeyrinə edib.

Yunanıstan Hərbi Dəniz Qüvvələrinin mövcud freqat inventarı

“Elli” (“Kortenaer”) sinfinə məxsus freqatlar:

1. (F-450) HS “Elli” (1981-ci ildə istismara verilib)
2. (F-451) HS “Limnos” (1982-ci ildə istismara verilib)
3. (F-459) HS “Adrias” (1994-cü ildə istismara verilib)
4. (F-460) HS “Aegion” (1993-cü ildə istismara verilib)
5. (F-461) HS “Navarinon” (1995-ci ildə istismara verilib)
6. (F-462) HS “Kountouriotis” (1997-ci ildə istismara verilib)
7. (F-464) HS “Kanaris” (2002-ci ildə istismara verilib)
8. (F-465) HS “Themistoklis” (2002-ci ildə istismara verilib)
9. (F-466) HS “Nikiforos Fokas” (2003-cü ildə istismara verilib)


“Elli” (“Kortenaer”) sinfinə məxsus freqatların ümumi xüsusiyyətləri:

- Uzunluq: 130,5 metr
- En: 14,5 metr
- Suya oturma dərəcəsi: 6,45 metr
- Subasımı: tam yüklü 3,900 ton
- Mühərrik: “Rolls Royce” istehsalı olan “Tyne” RM1C qaz-turbin mühərriki
- Ekipaj: 196
- Silah Sistemləri: 1 ədəd 76 mm “Oto Melara” topu (ilk iki gəmidə 2 ədəd), 1 ədəd “Mk-29” buraxılış qurğusunda 7 ədəd RIM-7 “Sea Sparrow” hava hücumundan müdafiə raketi, 8 ədəd RGM-84 “Harpoon” gəmi əleyhinə raket (ilk iki gəmidə 2 ədəd), 1 ədəd 20 mm “Phalanx” CIWS
- Mənzil: 16 düyünlə 4,700 dəniz mili
- Sürət: 30 düyün (56 km/saat)



“Elli” (“Kortenaer”) sinfinə məxsus freqatlar hazırda Yunanıstan donanmasının freqat parkının əsasını təşkil edir. 1981-ci ildən bəri 10 ədəd “Kortenaer” sinfinə məxsus freqat Yunanıstan donanmasına qoşulub. Sinfin ilk iki gəmisi yeni istehsal olaraq Niderland donanmasından Yunanıstana transfer edilib, qalan 8 gəmi isə ən azı bir illik Niderland donanmasında xidmət etdikdən sonra Yunanıstan donanmasına qatılıb. 2013-cü il yanvarın 18-də “Elli” sinfinə (F-463) məxsus HS “Bouboulina” istismardan çıxarılıb. “Kortenaer” sinfinin orta yaşı (Niderlandda xidmətə daxil olmasından sonra) 42-dir. Məlum olduğu qədər, Yunanıstanın “Elli” sinif üçün nəzərdə tutulmuş hər hansı bir modernləşdirmə proqramı yoxdur.


“Hydra” (MEKO-200HN) sinfinə məxsus freqatlar:

1. (F-452) HS “Hydra” (12 noyabr 1992-ci ildə istismara verilib)
2. (F-453) HS “Spetsai” (24 oktyabr 1996-cı ildə istismara verilib)
3. (F-454) HS “Psara” (30 aprel 1998-ci ildə istismara verilib)
4. (F-455) HS “Salamis” (16 dekabr 1998-ci ildə istismara verilib)


“Hydra” (MEKO-200HN) sinfinə məxsus freqatların ümumi xüsusiyyətləri:

- Uzunluq: 117,5 metr
- En: 14,8 metr
- Suya oturma dərəcəsi: 6,0 metr
- Subasımı: tam yüklü 3,350 ton
- Mühərrik: “General Electric” istehsalı olan 2 ədəd LM2500 qaz-turbin mühərriki, MTU istehsalı olan 2 ədəd 20V956 dizel mühərriki
- Ekipaj: 175
- Silah Sistemləri: 1 ədəd 127 mm “Mk-45” topu, 8 ədəd RGM-84 “Harpoon” gəmi əleyhinə raket, 2 ədəd 20 mm “Phalanx” CIWS və 16 borulu “Mk-41” VLS buraxılış qurğusunda 64 ədəd ESSM raketi
- Mənzil: 16 düyünlə 4,100 dəniz mili
- Sürət: (qaz-turbin mühərriki ilə) 31 düyün (57 km/saat), (dizel mühərriki ilə) 21 düyün (39 km/saat)



“Hydra” (MEKO-200HN) sinfinə məxsus freqatlar Yunanıstan donanmasında fəal şəkildə xidmət edən ən müasir gəmilərdir. “Hydra” sinfinin orta yaşı 27-dir. Məlum olduğu qədər, gəmilərin modernləşdirilməsi proqramı yoxdur.


Yunanıstan donanmasının freqat gələcəyi:

Bu yaxınlarda Yunanıstan köhnəlmiş freqat inventarının həllini Fransada tapıb. 2022-ci ilin mart ayında 3+1 ədəd “Naval Group” FDI (“Fregate de Defencse et d’Intervention”) freqatının alınması üçün müqavilə imzalayıb. FDI prosesi zamanı bir çox ölkələr Yunanıstana yeni və istifadə olunmuş freqatları satmaq üçün böyük səylər göstərib. ABŞ Hərbi Dəniz Qüvvələrinin istismardan çıxarılan LCS-ləri Yunanıstan üçün ən çox danışılan gəmilər idi. Hələ də yeni və müasir freqat baxımından çatışmazlığı olan Yunanıstan çox güman ki, yaxın gələcəkdə ABŞ-dan “Freedom” və ya “Independence” sinfinə məxsus LCS alacaq. Belçika, Avstraliya və ya digər Avropa ölkələrinin +30 illik freqatları Yunanıstan üçün o qədər də cəlbedici deyil.


“Kimon” (FDI-HN) sinfinə məxsus freqatlar:

1. (F-601) HS “Kimon” (inşası davam edir)
2. (F-602) HS “Nearchos” (inşası davam edir)
3. (F-603) HS “Formion” (istehsalı hələ başlamayıb)

“Kimon” (FDI-HN) sinfinə məxsus freqatların ümumi xüsusiyyətləri:

- Uzunluq: 121,6 metr
- En: 17,7 metr
- Subasımı: tam yüklü 4500 ton
- Mühərrik: “MTU istehsalı olan 4 ədəd 8000 kVt dizel mühərriki
- Ekipaj: 110+28 (əlavə heyət üçün yer)
- Silah Sistemləri: “Oto Melara” istehsalı olan 1 ədəd 76 mm top, 8 ədəd “Exocet” MM40 “Block3C” gəmi əleyhinə raket, 2 ədəd 8-li “Sylver” A50 buraxılış qurğusunda MBDA istehsalı olan 16 ədəd “Aster” 15/30 hava hücumundan müdafiə raketi, 1 ədəd 21 idarə olunan mərmi tutumuna malik RAM, 2 ədəd cüt borulu MU90 yüngül torpedosu, “Nexter” istehsalı olan 2 ədəd 20 mm top
- Mənzil: 15 düyünlə 5000 dəniz mili
- Sürət: 27 düyün


“Kimon” sinfinə məxsus freqatlar yaxın gələcəkdə Yunanıstan Hərbi Dəniz Qüvvələrinin ən müasir və effektiv freqatları olacaq. “Kimon” sinfinə məxsus freqatlara verilən adlar 1991-2004-cü illər arasında Yunanıstan Hərbi Dəniz Qüvvələrində xidmət edən “Charles F. Adams” sinfinə məxsus idarə olunan raket esmineslərinə verilən adlardır. Fransa +1 variantını aktivləşdirən ilk gəmini sürətlə istehsal edir. Yəqin ki, Yunanıstan əlavə 1 freqat da alacaq. Sinfin ilk iki gəmisinin 2025-ci ildə, üçüncü gəminin isə 2026-cı ildə təhvil verilməsi planlaşdırılır.

(Ardı var...)
Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: YUNANISTAN  


Bizi "telegram"da izləyin