Venesuela Assambleyasının sədri: "Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında böyük rolu var"

2023/05/002-(-1683816176.jpg
Oxunub: 265     14:22     16 May 2023    
“Venesuela Prezidenti və Venesuela Assambleyasının adından təbrikləri çatdırıram”.

Ordu.az-ın xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında Venesuela İnzibati və xidmətlər üzrə daimi komissiyasının sədri Pedro Karreno bildirib.

Pedro Karreno daha sonra Venesuela Assambleyasının sədri adından göndərilən məktubu oxuyub.

“Heydər Əliyevin müasir Azərbaycanın qurulmasında böyük rolu var. Venesuela Assambleyası və Azərbaycan Milli Məclisi arasında münasibətlər dostluq qruplarının sayəsində uğurla inkişaf edəcək. Azərbaycan xalqına yüksək ehtiramımı bildirərəm”, - məktubda deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Venesuela   Azərbaycan  


Bizi "telegram"da izləyin