Maduro ölkəsinin Amerika Dövlətləri Təşkilatına qayıtmayacağını bildirib

2019/12/10735-1577616081.jpg
Oxunub: 242     06:51     16 May 2023    
Venesuela Prezidenti Nikolas Maduro ölkəsinin heç vaxt Amerika Dövlətləri Təşkilatına (ADT) qayıtmayacağını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə siyasətçi “Venezolana de Televisión” dövlət telekanalının efirində bildirib.

Maduro hesab edir ki, ADT ləğv edilməlidir. Prezidentin sözlərinə görə, təşkilat 70 il ərzində Latın Amerikası və Karib hövzəsində, Çili, Braziliya, Honduras, Paraqvay, Boliviya kimi ölkələrdə bütün dövlət çevrilişlərini və müdaxilələrə müsbət baxıb. Buna görə də Maduro vurğulayıb ki, Venesuela ADT-dən ayrılıb və heç vaxt ona qayıtmayacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Maduro   ADT  


Bizi "telegram"da izləyin