Erməni politoloq: “Ermənistan və Azərbaycan Minsk qrupunun mandatını Aİ mandatı ilə əvəz etməyə çalışmalıdır”

2023/05/16532-1683961660.jpg
Oxunub: 456     11:43     13 May 2023    
Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, bazar günü danışıqlar üçün Brüsselə getmək qərarını dəyişməyib.

Ordu.az xəbər verir ki, erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, diplomatik iş var, bu işin öz müddətləri var və sərhəddə də vəziyyət var, bunlar bu mərhələdə birləşir.

Qukasyan Makron və Şoltsun iştirakı ilə gözlənilən danışıqlara toxunaraq bildirib: “Ermənistan və Azərbaycan Minsk qrupunun mandatını Avropa İttifaqının mandatı ilə əvəz etməyə çalışmalıdır. İndi Ermənistan və Azərbaycanın qarşısında duran ən mühüm diplomatik problem budur. Onlar Avropa İttifaqının bu səlahiyyətini tanımalıdırlar”.

Erməni politoloq vurğulayıb ki, Azərbaycan üçün alternativ ATƏT formatından imtina edərək məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarmaqdır.

“Ermənistan və Azərbaycanın BMT Nizamnaməsinə əsasən öhdəliyi var ki, əgər seçilmiş format məsələni tənzimləyən müvafiq sazişlə effektiv şəkildə bitməzsə, o zaman tərəflər məsələni BMT Təhlükəsizlik Şurasına təqdim etməyə borcludurlar. Bu, BMT Nizamnaməsindən irəli gəlir. Məncə, maraqlı tərəflər, nə Rusiya, nə Türkiyə, nə Azərbaycan, nə də Ermənistan Qarabağ nizamlanması məsələsini BMT Təhlükəsizlik Şurasına vermək niyyətində deyillər. Ona görə də ziddiyyət yaranır. Biz Azərbaycandan ATƏT-in formatı ilə bağlı mənfi qiymətləndirmələr eşidirik, lakin Azərbaycan belə qəti qərar qəbul edib, o formatı tərk edə bilməz. Azərbaycanın tənqidi ona görədir ki, bu formatda diplomatik işin nəticəsi olaraq qərarın əldə olunmasından narazıdır”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Azərbaycan   Minsk  


Bizi "telegram"da izləyin