NATO standartlarına uyğun sursatların “Su-25”lərə inteqrasiyası| İlk mərhələ başa çatdı

2023/05/Su-25-3367740746.jpg
Oxunub: 1131     14:44     12 May 2023    
11 may Azərbaycanın “Su-25” təyyarəsinin modernləşdirilməsi layihəsində kritik gün olub. Türkiyənin müdafiə sənayesi tərəfindən modernləşdirilən “Su-25” təyyarəsi sınaq atışları icra edib.

Qarabağ müharibəsinin 2-ci mərhələsində fəal iştirak edən Azərbaycanın Sovet istehsalı olan “Su-25” yaxın hava dəstəyi təyyarələri bir müddətdir ki, Türkiyə müdafiə sənayesi tərəfindən modernləşdirilir. Türkiyə istehsalı olan dəqiq döyüş sursatları da struktur və avionik modernizasiyaya məruz qalan “Su-25”lərə inteqrasiya edilib.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir mövzu ilə bağlı verdiyi açıqlamada bildirib: “Bizim Azərbaycanla “Su-25”lərin modernləşdirilməsi və müəyyən silah sistemlərinin inteqrasiyası ilə bağlı layihələrimiz var. Bu layihələr həyata keçirilir”.


Məlumata görə, TÜBİTAK-SAGE tərəfindən Azərbaycanın “Su-25” təyyarələrinə SAGE tərəfindən hazırlanan Qanadlı Tuşlama Dəsti (KGK) inteqrasiya edilib. “Su-25” bu yaxınlarda ilk dəfə KGK-83-lərdən sınaq atışları icra edib.

Dünən isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun da daxil olduğu yüksək səviyyəli nümayəndə heyətinin iştirakı ilə atışlar təkrarlanıb. Əldə etdiyimiz məlumata görə, atış sınaqları 3-cü Əsas Reaktiv Baza Komandanlığından havaya qalxan “Su-25” tərəfindən həyata keçirilib. Konyadakı poliqonda həyata keçirilən sınaq atışları nəticəsində “Su-25”in Modernləşdirilməsi Layihəsinin birinci mərhələsinin başa çatdığı bildirilir. Məlumata görə, müəyyən sayda “Su-25” təyyarəsinə TÜBİTAK-SAGE tərəfindən KGK-83 inteqrasiya ediləcək.


“Su-25” layihəsi ilə Türkiyə NATO standartlarına uyğun milli sursatları Sovet istehsalı olan təyyarəyə inteqrasiya edəcək. Bu qabiliyyətin ixrac üçün vacib olduğu vurğulanır.

KGK, mövcud idarə olunmayan 500 lb MK-82 və 1000 lb MK-83 ümumi təyinatlı bombaları uzun mənzilli ağıllı sursatlara çevirən INS/GPS ilə qanadlı tuşlama dəstidir. O, hətta 110 km-dən çox məsafədən atıldıqda belə, mövcud bombalara yüksək dəqiqlikli zərbə qabiliyyəti verir. Bu yolla təyyarələr təhlükə zonasına yaxınlaşmadan öz tapşırıqlarını təhlükəsiz şəkildə yerinə yetirə biləcək. İstifadə edilən idxal ekvivalenti (KGK olmadığı halda) ABŞ istehsalı olan JSOW-dur.

İstənilən halda KGK, HGK (Həssas Tuşlama Dəsti) kimi lazer axtarış başlığı ilə təchiz oluna bilər.

Mənzil:

Yüksək Hündürlük: 110km+
Aşağı Hündürlük: 37km



CEP:

INS/GPS: <6m

İmkanları:

Qanadları sayəsində quyruq dəstləri ilə müqayisədə genişlənmiş məsafə
Təyyarənin hava hücumundan müdafiə sistemlərindən qorunması üçün ona uzun məsafənin təmin edilməsi
İstənilən hava şəraitində gecə-gündüz işləmək bacarığı
İnteqrasiya edilmiş INS/GPS ilə hədəfi dəqiq vurmaq bacarığı
Şifrələmə ilə və ya olmadan hərbi GPS istifadə etmək imkanı
F-16C “Blok40” və F-4E/2020 döyüş təyyarələri üçün sertifikatlaşdırılıb
Hədəf/yol nöqtələrini və təsir bucağını əvvəlcədən planlaşdırmaq bacarığı
Yol nöqtəsinin izlənməsi
MIL-STD-1760 standartına uyğunluq
Alt sistem səviyyəsinə qədər sınaqdan keçirilmə qabiliyyəti


Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Su-25  


Bizi "telegram"da izləyin