Ordu.az xəbər verir ki, bunu erməni tarixçi Qaqik Səfəryan deyib.
O qeyd edib ki, Ruben Vardanyanın təşkil etdiyi əvvəlki mitinqlər sonuncu ilə müqayisədə daha izdihamlı olub.
“Ötən gün Xankəndidə təşkil edilən mitinq izdihamlı deyildi, Arkadi Qukasyan-Bako Sahakyanın çürük beyinləri ilə Qarabağ heç vaxt xilas olmayacaq. Bu formatda mitinqlər Qarabağ üçün gecikib. Qarabağ və Ermənistanda baş verənləri ABŞ və Aİ-də görürlər”, - deyə Səfəryan bildirib.
Erməni tarixçi hesab edir ki, Ermənistan çoxvektorlu xarici siyasət yürütməlidir, Paşinyanın səfəri də bu kontekstdə olub.
“9 Mayda bizim payımız var, Paşinyan qanımıza görə Rusiyadan təzminat tələb edə bilər”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az