“Anka-3” ilk uçuş üçün günlərini sayır

2023/05/ANKA--3366196338.jpg
Oxunub: 8312     15:54     03 May 2023    
“Anka-3” Qırıcı Pilotsuz Təyyarə Sistemi (MİUS) iki həftə sonra ilk uçuşunu həyata keçirəcək.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyənin TUSAŞ şirkətinin baş direktoru Temel Kotil bildirib.

Kotil daha öncə Radar və Sərhəd Təhlükəsizliyi Sammitində “Anka-3”ün kiçik prototipinin hazırlanıb uçurulduğunu və bunun sayəsində “Anka-3”ün necə uçduğunun məlum olduğunu bildirmişdi.

TUSAŞ-ın Ankara Kahramankazan şəhərciyində keçirilən “Gələcəyin Əsri Tanıtım Proqramı”nda TEİ şirkətinin baş direktoru Mahmut Akşit jurnalistlərin suallarını cavablandırıb.


Bu çərçivədə Akşit “Anka-3” və “Kızılelma” MİUS-da TF6000 və TF10000 mühərriklərinin istifadə oluna biləcəyini açıqlayıb.

Akşitin sözlərinə görə, TF6000 mühərrikinə “afterburner” (və ya əlavə yanma, xüsusən də uçuş və qalxma zamanı reaktiv təyyarələrdə sürətlənməni artırmaq və ya səs sürətini aşmaq üçün istifadə olunan bir hərəkət sistemidir – red.) əlavə etdikdə o, TF10000 olacaq.

“Ölçü, çəki və güc sinfi baxımından həm “Kızılelma”, “Anka-3”, həm də yerli hücum gəmimizə güc verə biləcək. Müasir donanmada istifadə edilən bütün gəmilərdə həm dizel mühərrikləri, həm də təyyarə mühərriki törəmələri istifadə olunur. Törəmə deyirəm, çünki siz təyyarənin mühərrikini dəyişdirir və onu gəmidə istifadə edirsiniz. STM-nin üzərində işlədiyi bir gəmi layihəsi var. Lakin ilk gəmilərdə xaricdən gətirilən mühərriklərdən istifadə olunacaq. Çünki mühərriklərin istehsalı daha çox vaxt aparır. “Gökbey” timsalında olduğu kimi, yerli mühərrikin birinci məhsula yetişməsi mümkün deyil. Çünki mühərrik layihəsi məhsuldan 5 il sonra başlayıb. Əvvəlcə platforma qurursunuz, sonra komponentləri yerliləşdirirsiniz. Şükürlər olsun ki, mühərriklər bir-birinin ardınca gəlir”, - deyə o qeyd edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Anka-3   MİUS  


Bizi "telegram"da izləyin