“Reuters”: Britaniya İran və Rusiya prezidentlərini Çarlzın tacqoyma mərasiminə dəvət etməyib

2023/05/1683089242.jpg
Oxunub: 219     00:08     03 May 2023    
Böyük Britaniya Rusiya Prezidenti Vladimir Putin və İranın dövlət başçısı İbrahim Rəisi kral III Çarlzın tacqoyma mərasiminə dəvət göndərməyib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, Putin və Rəisidən başqa, avtokratik dövlətlər sayılan Belarus, Myanma, Suriya, Əfqanıstan və Venesuela liderləri də dəvət almayıb. Eyni zamanda, tacqoyma mərasiminə Şimali Koreya və Nikaraqua diplomatik nümayəndələri dəvət olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin