Britaniya kralının tacqoyma mərasiminə İran, Rusiya və Belarus dəvət edilməyib

2023/05/64515-1683056008.jpg
Oxunub: 340     23:08     02 May 2023    
Böyük Britaniya mayın 6-da Londondakı Vestminster abbatlığında keçiriləcək kral III Çarlzın tacqoyma mərasiminə Rusiya, Belarus, Əfqanıstan, Venesuela, İran və Suriya nümayəndələrini dəvət etməyib.

Ordu.az-ın xəbərinə görə, bu barədə çərşənbə axşamı adı açıqlanmayan mənbəyə istinadən Reuters agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, tədbirə Şimali Koreya və Nikaraquadan yüksək rütbəli diplomatlar dəvətlər edilib. Mərasimə Birləşmiş Krallığın diplomatik əlaqələri olan bütün dövlətlərin başçıları, həmçinin III Çarlzın dövlət başçısı olduğu ölkələrin və Britaniyanın dənizaşırı ərazilərinin rəhbərləri dəvət edilib.

III Çarlzın tacqoyma mərasimi anası Kraliça II Elizabetin (1926-2022) vəfatından 8 ay sonra, mayın 6-da keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İran   Rusiya   Belarus  


Bizi "telegram"da izləyin