Kolumbiyadan çıxarılan Venesuelanın sabiq müxalifət lideri ABŞ-a gedib

2023/04/6447d-1682429037.jpg
Oxunub: 190     17:15     25 Aprel 2023    
Venesuelanın sabiq müxalifət lideri Xuan Quaydo Kolumbiyadan çıxarıldıqdan sonra ABŞ-a gedib.

Ordu.az xəbər verir ki, “EVTV Miami” telekanalı Quaydonun təyyarədən enidkdən sonra çəkilən videosunu nümayiş etdirib.

Quaydo qeyd edib ki, Venesualadakı siyasi böhrana həsr olunmuş konfrans münasibətilə Florida ştatının Mayami şəhərinə gedib.

Siyasətçinin sözlərinə görə, siyasi böhrana həsr olunmuş konfransda iştirak edən beynəlxalq nümayəndə heyətləri ilə görüşlərə nail olmağa çalışacaq.

Kolumbiya Xarici İşlər Nazirliyi isə öz növbəsində bəyanat yayaraq bildirib ki, rəsmi Boqota siyasətçini görüşə dəvət etməyib və onun tədbirdə iştirakını gözləmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Quaydo   ABŞ  


Bizi "telegram"da izləyin