Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Aravot.am” nəşri yazıb.
Nəşr qeyd edib ki, təkcə səfir yox, səfirliyin heç bir əməkdaşı da iştirak etməyib.
“Yəni, Rusiya Erməniləri Birliyi rus-erməni icmasını təmsil edən ən böyük təşkilat kimi Ermənistan hökuməti üçün dialoq predmeti deyil. “Ermənistan səfirinə dəvət göndərilibmi?” sualımıza birliyin vitse-prezidenti Lusik Qukasyan cavab verib ki, bəli, göndərilib. Səfirlikdən zəng edib tədbirdə kimin iştirak edəcəyini soruşsalar da, dəvətə müsbət cavab verməyiblər. Rusiya Erməniləri Birliyinin prezidenti Ara Abrahamyan konfransın açılışındakı çıxışında dinləyicilərə müraciət edərək səfirimizin harada olduğunu soruşub və öz sualını özü cavablandırıb ki, əlbəttə, ona bura gəlməmək tapşırılıb”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az