Erməni politoloq: “Ermənistan üçün ən aktual gündəm Fransa ilə hərbi-texniki əməkdaşlıq məsələləridir”

2023/04/99-33-1681982921.jpg
Oxunub: 234     13:20     20 Aprel 2023    
“Aydındır ki, indi müəyyən rəqabət var”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Andrias Qukasyan deyib.

Onun sözlərinə görə, bu kontekstdə Rusiyanın Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə sülh müqaviləsinin bağlanmasının mümkün variantını müzakirə etmək üçün görüş təşkil etmək üzrə fəal addımlarını nəzərə almaq lazımdır.

Qukasyan qeyd edib ki, bir tərəfdən Rusiyanın nəsə etmək cəhdləri mövcuddur, digər tərəfdən Qərb ölkələri, Fransa və ABŞ öz aktivliyini zəiflətmir.

“Regiona gəlincə, qeyri-adi gözləntilərə ehtiyac yoxdur. İndi belə gözləntilər üçün heç bir əsas yoxdur, çünki hələ də çox qeyri-müəyyənlik var. Bəzi siyasi proseslər hələ də həyata keçirilməyib ki, diplomatik sferanın məsələləri də ondan asılıdır. Fikrimcə, Ermənistan üçün ən aktual gündəm Fransa ilə hərbi-texniki əməkdaşlıq məsələləridir ki, bu da çox geniş və böyük gündəm ola bilər”, - deyə erməni politoloq bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin