"Qazaxıstan Qarabağın yenidən qurulmasında iştirakını genişləndirməyə hazırdır" - Səfir

2023/04/trend-1680681332.jpg
Oxunub: 2031     11:51     05 Aprel 2023    
Qazaxıstan Qarabağın yenidən qurulmasında iştirakını genişləndirməyə hazırdır.

Ordu.az xəbər verir ki, bu barədə çərşənbə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimov Azərbaycan-Qazaxıstan biznes forumu çərçivəsində deyib.

Onun sözlərinə görə, pandemiya və 2-ci Qarabağ müharibəsindən sonra Qazaxıstanın Azərbaycanla əməkdaşlığı əhəmiyyətli dərəcədə artıb.

"Əsas əməkdaşlıq layihələrini Xəzər dənizindəki layihələr, xüsusən sualtı kabelin çəkilişi, Azərbaycana Qazaxıstan neftinin tədarükü təşkil edir", - o deyib.

Səfir tərəflərin əməkdaşlığı təkcə ikitərəfli formatda deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində gücləndirməli olduqlarını vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Qarabağ   Qazaxıstan  


Bizi "telegram"da izləyin