Ordu.az xəbər verir ki, bunu erməni politoloq Andrias Qukasyan deyib.
Onun sözlərinə görə, vəziyyət həqiqətən gərgindir.
“Bu günlərdə Qarabağda qoşunların cəmləşməsi var. Bu kontekstdə bütün bunlarla bağlı Rusiyanın mövqeyinin necə olması sualı aktualdır. Təbii ki, ikinci sual da yaranır, əgər Rusiya bacarmırsa və ya istəmirsə, ermənilərin müdafiəsi onun planlarına daxil deyilsə, onda erməni tərəfi nə etməlidir? Aydın məsələdir ki, problem BMT Təhlükəsizlik Şurasına verilməlidir”, - deyə Qukasyan qeyd edib.
Erməni politoloq bildirib ki, bu vəziyyətdə Rusiya bir tərəfdən Türkiyə və Azərbaycanla münasibətlərini korlamamağa, digər tərəfdən də mümkün neqativ ssenarilər zamanı məsuliyyətdən uzaq durmağa çalışır.
Alpər Mövludoğlu
Ordu.az