Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, mövzu ilə bağlı Davtyan da bir neçə dəfə bəyan edib ki, o, Qarabağda “qulluq etməyə və öz qabiliyyətlərini ora yatırmağa” hazırdır.
Müəllifin yazdığına görə, bununla belə, Davtyanın Qarabağda olması və onun mümkün təyinatı, yumşaq desək, qəbul edilməyib, üstəlik, onun Qarabağda “baş prokuror” ola bilməməsi üçün kifayət qədər çoxlu səbəblər göstərilib.
“Qarabağdakı mənbəmizin bildirdiyinə görə, bir sıra başqa səbəblərlə yanaşı, Davtyana Qarabağda xatırladılıb ki, hələ 2019-cu ildə Qarabağın “keçmiş rəhbərləri” (separatçılar-red.) Bako Sahakyan, Arkadi Qukasyan, eləcə də “parlament fraksiyaları” Ermənistanın ikinci prezidenti Robert Köçəryanın həbsinin dəyişdirilməsinə təminat təqdim edəndə həmin vaxt Ermənistanın baş prokuroru olmuş Artur Davtyan bu halı nəzərə almayıb. Məlumata görə, Davtyana Qarabağda başa salıblar ki, bütün bunlar həzm olunmayıb, unudulmayıb və onun Qarabağda “baş prokuror vəzifəsi”ni tutması Qarabağ sakinləri üçün məqbul deyil. Bir sözlə, başqa səbəblər göstərərək onun məqbul xarakter olmadığını başa salıblar”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az