Ordu.az "Defence Türk"ə istinadən xəbər verir ki, ilk EIRS zavod qəbul sınaqlarını tamamlayıb və Adanada yerləşdirilmiş TRS-22XX radarını müvəqqəti olaraq əvəz edib.
Uzun mənzilli erkən xəbərdarlıq məqsədləri üçün hazırlanmış, AESA və rəqəmsal şüa əmələ gətirən infrastrukturunda antena arxitekturasına malik, yeni nəsil S-Band radarı olan EIRS-in 470+ km-lik hədəf aşkarlama məsafəsinə sahib olması və müxtəlif vəziyyətlərdə 600+ km daha çox məsafədə istifadə edilməsi planlaşdırılır. Ballistik raketlərin təsbiti və izlənilməsi kimi rollarda istifadə olunacaq EIRS, aşağı radara görünmə sahəsinə malik hədəflərin təsbitində də mühüm rol oynayacaq.
4-cü Hərbi Radar və Sərhəd Təhlükəsizliyi sammitində çıxış edən ASELSAN baş direktorunun müavini Mustafa Akkul, 2030-cu ilə qədər portativ və sabit EIRS istehsalının 18 ədəd ətrafında olacağını bildirib. Akkul, ERİS-də 4000 T/R modulunun olduğunu və bu modulların 20%-nin xarab olacağı təqdirdə belə, radarın yalnız 10% məsafə dəyişikliyi ilə işləməyə davam edə biləcəyini bildirib. Köhnə nəsil PESA radarları, adətən, bir ötürücü və qəbuledicidən ibarət olur. Buna görə də, ötürücü zədələnərsə, radar təsirsiz hala gəlir.
Sevinc Əliyeva
Ordu.az