Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri İsmail Dəmir "CNN Türk"ə açıqlamasında bildirib.
Məlumata görə, bu yaxınlarda "Altay" üçün atəşə nəzarət sistemi kimi digər komponentlərin inkişafı/təkmilləşdirmə tədqiqatlarında əhəmiyyətli irəliləyiş əldə edilib.
"Altay" tankında istifadə olunacaq "Batu" adlanan mühərrikinin transmissiyasının yanvarın 27-də istifadəyə verildiyi açıqlanıb. Bundan əlavə, "Batu"nun soyutma paketi də daxil olmaqla bütöv bir sistem kimi işlədilməsi istiqamətində fəaliyyətlərin davam etdirildiyi bildirilib.

2023-cü ilin aprelində "Altay" tankının çatdırılma cədvəlinin açıqlanması planlaşdırılır. İndiyə qədər mühərrik və transmissiyanın ayrı-ayrılıqda işlədildiyi qarşıdakı dövrdə isə soyutma sistemi və s. inteqrasiya edilərək güc qrupu kimi fəaliyyət göstərəcəyi açıqlanmışdı. "BMC Power" ildə 1000 mühərrik istehsal gücünə malikdir. Şirkət ildə təxminən 800 silindr və 200 V tipli mühərrik istehsal etmək imkanına malikdir.
Sevinc Əliyeva
Ordu.az