Rusiya təyyarəsi bu dəfə "Bayraktar TB2"ni vurmağa çalışdı - VİDEO

2023/03/1679250582.jpg
Oxunub: 1527     21:55     19 Mart 2023    
Rusiya döyüş təyyarəsi Qara dəniz üzərində zərbə tipli "Bayraktar TB2" PUA-sı ilə üz-üzə gəlib. Rus təyyarəsi "Bayraktar TB2"ni "jet wash" effektinə məruz qoymağa çalışıb.

Təxminən 5 gün əvvəl Rusiyanın 2 ədəd "Su-27" qırıcısı Qara dəniz üzərində ABŞ-a məxsus MQ-9 "Reaper" PUA-sının qarşısını alıb. Krım yarımadası yaxınlığında "Reaper"in üzərinə yanacaq tökən Su-27-lər PUA-nın mühərrik pərvanəsinə dəyib və "Reaper" Qara dənizə düşüb.

Bu dəfə oxşar hadisə Ukraynaya məxsus "Bayraktar TB2" PUA-sının başına gəlib. Yenə Krım yarımadası yaxınlığında baş verən hadisədə Rusiyaya məxsus döyüş təyyarəsi 20.000 fut yüksəklikdə "Bayraktar TB2"nin yaxınlığından yüksək sürətlə keçərək PUA-nı "jet wash" effektinə məruz qoymağa çalışıb. Əvvəlcə bir az yellənən "Bayraktar TB2" qısa müddətdə özünə gələrək uçuşunu davam etdirib.

Hadisə "Bayraktar TB2"nin quyruq kamerası tərəfindən anbaan lentə alınıb. Rusiya təyyarəsinin "Su-27" olduğu ehtimal edilir.

Rus döyüş təyyarəsinin "Bayraktar TB2"yə qarşı nə üçün "hava-hava" raketlərindən istifadə etmədiyi məlum deyil.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin