Bu məlumat özlüyündə müəyyən detalları ehtiva edir. Maraqlısı odur ki, Hindistanın dövri nəşrinin məlumatı belə təəssürat yaradır ki, Hindistana həmin nəqliyyat marşrutu məsələsini təklif edən Ermənistan nümayəndə heyətinin xarici işlər naziri ilə, belə demək mümkündürsə, heç bir əlaqəsi yoxdur.
Mətbuatdan məlum olur ki, həmin günlərdə Ermənistanın parlament nümayəndə heyəti Hindistanda olub və o, xarici işlər nazirindən əvvəl Dehliyə gəlib. Ermənistanın təklifi ilə bağlı mənzərə özlüyündə kifayət qədər mürəkkəbdir. Axı Ermənistana gələn Hindistanın xarici işlər naziri 2021-ci ildə İrəvanda kifayət qədər açıq şəkildə Hindistan-İran-Ermənistan marşrutu, daha sonra Gürcüstan və Qara dənizdən danışıb. Belə olan halda, qəribədir ki, birdən-birə 2023-cü ildə Ermənistan nümayəndə heyəti Hindistana hələ 2021-ci ildə İrəvanda XİN rəhbəri səviyyəsində müzakirə edilən bir şeyi praktiki olaraq təqdim edir. Eyni zamanda, Hindistanın dövri nəşri İrəvan nümayəndə heyətinin təklifindən danışarkən, bu təklifin xarici işlər naziri tərəfindən deyil, nazirin səfəri zamanı Hindistanda olan nümayəndə heyəti tərəfindən verildiyini qeyd edir.
Hər bir halda, Ermənistan parlament nümayəndə heyəti ilə xarici işlər naziri bir-birindən “xəbərsizdir”, ya da sağ əl solun nə etdiyini bilmir. Həmçinin, görünən odur ki, Paşinyan silah məsələsində olduğu kimi bu mövzuda da imkanlar və mürəkkəbliyi nəzərə alaraq, onun açıqlanmasından o qədər də razı deyil.
Aqil Məmmədov
Ordu.az