Ordu.az-ın “Tasnim” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Prezident Administrasiyasının rəhbərinin müavini Mohammad Camşidi bildirib.
Mohammad Camşidi deyib ki, Səudiyyə Ərəbistanının kralı İran Prezidentinə məktubunda iki ölkə arasında diplomatik əlaqələrin bərpasını alqışlayıb və onu Ər-Riyada rəsmi səfərə dəvət edib.
Eyni zamanda Səudiyyə Ərəbistanının kralı məktubunda iki ölkə arasında iqtisadi və regional əməkdaşlığı möhkəmləndirməyə çağırıb.
Ordu.az