"Hökumət elan etdiyi yeni sərhəd gərginliyinə "hazırlaşır"" - Abrahamyan

2021/10/26256-1633941465.jpg
Oxunub: 468     17:55     19 Mart 2023    
"General Qriqori Xaçaturovun həbs edilməsinin hökumət üçün bir neçə səbəbi var. Lakin məncə, birincisi Xaçaturovların hərbçi və general ailəsinin reputasiyasına xələl gətirməkdir".

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abrahamyan deyib.

“Orduda yazılı və yazılmamış qanunlar var və Xaçaturovlar ailəsinin hərbçiləri hazırda təqaüdə çıxsalar da, hərbçilərin institusional yaddaşını, adət-ənənələrini, şərəf və ləyaqətini hələ də daşıyırlar.

Xaçaturovlara qarşı hücumların birbaşa silahlı qüvvələri, orada xidmət edən zabitləri hədəf aldığını deməklə mübaliğə etməmişəm. Ölkənin bacarıqlı adamlarını təcrid etməklə hökumət elan etdiyi yeni sərhəd gərginliyinə "hazırlaşır"", - deyə o "Facebook" səhifəsində yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Xaos  


Bizi "telegram"da izləyin