ABŞ bu dəfə RQ-4 "Global Hawk"la Qara dənizdə hökmranlıq edir

2023/03/1679234213.jpg
Oxunub: 317     17:47     19 Mart 2023    
Xəbər verdiyimiz kimi, martın 14-də Qara dənizdə baş verən hadisədə Rusiya Federasiyasının "Su-27" döyüş təyyarəsi tərəfindən ABŞ-a məxsus MQ-9 "Reaper" PUA-sı vurulub.

"Su-27"nin qanadı MQ-9 "Reaper"in mühərrik pərvanesi ilə toqquşduqdan sonra MQ-9 Qara dənizin sərin sularına qərq olub.

Hadisədən 5 gün sonra ABŞ bu dəfə bölgəyə özünün ən böyük PUA-sı olan RQ-4 "Global Hawk"ı göndərib. "Global Hawk" hər zaman olduğu kimi Qara dəniz hava məkanında nəzarət, müşahidə və kəşfiyyat fəaliyyətləri həyata keçirməyə başlayıb.

RQ-4 "Global Hawk", MQ-9 "Reaper"dən daha yüksək hündürlükdə çalışır. Bundan əlavə, "Global Hawk" "Rolls-Royce" turbin mühərrikindən istifadə edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Global-Hawk  


Bizi "telegram"da izləyin