CHD xüsusi təyinatlı bölmələri Ermənistanda diversiya qruplarına qarşı mübarizə üzrə təlimlər keçirib

2023/03/4555-1679218483.jpg
Oxunub: 360     13:29     19 Mart 2023    
Cənub Hərbi Dairəsinin (CHD) Ermənistandakı hərbi bazasının xüsusi təyinatlı bölməsi düşmənin diversiya qruplarına qarşı mübarizə üzrə təlim keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlim zamanı şərti düşmənin təxribat-kəşfiyyat qrupunun qarşısı alınıb. Təlim zamanı hərbçilər xüsusi texnika və itlər vasitəsilə partlayıcı maddələrin aşkar edildiyi əraziyə baxış keçiriblər.

Dərsin sonunda xüsusi təyinatlılar tərəfindən əlbəyaxa döyüş texnikası, nəqliyyat vasitələrinin idarə edilməsi, o cümlədən fərdi mühafizə vasitələrindən istifadə üzrə təlimlər həyata keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: CHD   102   Ermənistan  


Bizi "telegram"da izləyin