PKK terror təşkilatının maliyyə məsələlərinə məsul şəxsi öldürülüb

2023/03/1679216697.jpg
Oxunub: 238     12:53     19 Mart 2023    
Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının Hələb və Tel-Rıfat bölgələri üzrə maliyyə məsələlərinə məsul nümayəndəsi “Hamza Kobani” kod adlı Mehmet Yıldırımı zərərsizləşdirib.

Ordu.az xəbər verir ki, Hələbin Şeyx Maqsud bölgəsində həyata keçirilən əməliyyatla zərərsizləşdirilən Mehmet Yıldırım 1986-cı ildə PKK terror təşkilatına qatılıb.

Mehmet Yıldırım Türkiyə və İraqda terror fəaliyyətlərindən sonra 2015-ci ildə Suriyaya keçib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PKK   Terror  


Bizi "telegram"da izləyin