Ukrayna səfiri Azərbaycan xalqını təbrik edib

2023/03/1679216633.jpg
Oxunub: 131     12:39     19 Mart 2023    
Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.

Ordu.az-ın xəbərinə görə, səfir bu barədə "Facebook" səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycan xalqını dirçəlişi və yenilənməyi, bahar hərarətinin qışın soyuğu üzərində, xeyirin şər üzərində, həyatın ölüm üzərində qələbəsini simvolizə edən Novruz bayramı münasibətilə təbrik edirik!

Bu bayramın həm də Ukrayna və mənim sarsılmaz həmvətənlərim üçün simvolik mənası var - biz mütləq rus şərinə qalib gələcəyik, işığın zülmət üzərində qələbəsini qeyd edəcəyik, Ukraynanın dostları əhatəsində ailə rahatlığı və səmimi görüşlərin xoşbəxtliyini hiss edəcəyik!”, - deyə səfir qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Azərbaycan   Bayram  


Bizi "telegram"da izləyin