Ordu.az xəbər verir ki, Ukraynaya çatdırılacaq hərbi yardım paketinə 8 min 155 mm-lik artilleriya mərmisi və 12 Hava Hücumundan Müdafiə sistemi daxildir. Bundan əlavə, paketdə Ukraynaya göndəriləcək "Leopard 1" əsas döyüş tanklarının istifadə etdiyi 1800 ədəd 105 mm-lik tank mərmisi də göndəriləcək.
Kanadanın müdafiə naziri Anita Anand ABŞ müdafiə naziri Lloyd Ostin ilə birgə mətbuata bəyanatında belə deyib:
“Kanada Rusiyanın qanunsuz və ədalətsiz müharibəsinə qarşı mübarizədə Ukraynanın yanındadır. Biz müttəfiqlərimiz və tərəfdaşlarımızla əməkdaşlığımızı gücləndiririk və Ukraynanın hərbi ehtiyaclarına hərtərəfli hərbi yardımla cavab verməyə davam edirik. Biz azadlığı, demokratiyanı və qaydalara əsaslanan beynəlxalq nizamı qorumaq üçün əlimizdən gələni etməyə davam edəcəyik”.
Kanada Müdafiə Nazirliyi indiyədək Ukraynaya 750 milyard dollardan çox hərbi yardım ayırıb. Əvvəlki hərbi yardıma NASAMS hava hücumundan müdafiə sistemi, tank əleyhinə raketlər, M-777 haubitsaları, yüksək dəqiqlikli PUA kameraları və zirehli döyüş maşınları daxildir.
Sevinc Əliyeva
Ordu.az