Bir sıra Avropa ölkələri Ukrayna üçün yeni hərbi yardım paketləri hazırlayır

2022/07/1658466316.jpg
Oxunub: 216     12:12     19 Mart 2023    
Almaniya, Danimarka, Kanada, Fransa və Estoniya Ukraynaya yeni hərbi yardım paketlərini elan etməyə hazırlaşır.

Ordu.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski bildirib.

Söhbət döyüş sursatının, əsgəri təchizatın, tankların və artilleriyanın tədarükündən gedir.

Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupuna sədrlik edən Pentaqon rəhbəri Lloyd Ostin "Ramştayn" formatında keçirilən növbəti görüşün yekunlarına əsasən vurğulayıb ki, 51 ölkənin nümayəndələri Rusiya ilə münaqişədə “lazım olduğu müddətcə” Ukraynaya dəstək verməyə hazır olduğunu təsdiqləyib. Ukraynanın müdafiə naziri Oleksiy Reznikov görüşün nəticələrini şərh edərkən bildirib ki, hava hücumundan müdafiə sistemi gücləndirilməli, döyüş sursatı ilə bağlı müraciətlər təmin edilməlidir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Hərbi-yardım  


Bizi "telegram"da izləyin