MMU-dan sonra HÜRJET ilk taksi sınağını həyata keçirib

2023/03/1679209767.jpg
Oxunub: 397     11:08     19 Mart 2023    
Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan HÜRJET Reaktiv Təlim və Yüngül Hücum Təyyarələri bu yaxınlarda F404 turbofan mühərriki ilə havaya qalxmışdı. Mühərrik inteqrasiyası uğurla tamamlanan HURJET, yerüstü sınaqlarına başlayıb və ilk taksi sınaqlarını uğurla başa vurub.

Ordu.az xəbər verir ki, HÜRJET-in taksi sınaqlarından sonra ilk fotoşəkili TUSAŞ-ın Baş direktoru Temel Kotil tərəfindən paylaşılıb.

Milli Döyüş Təyyarəsinin və HURJET-in taksi sınaqları bir-birinin ardınca həyata keçirilib. Digər tərəfdən, ANKA-3 pilotsuz döyüş təyyarəsi də ilk dəfə nümayiş olunub. HÜRJET-in ilk uçuşunu bu ilin ikinci rübündə həyata keçirəcəyi gözlənilir.

Ötən aylarda Türkiyə Müdafiə Sənayesi Komitəsi HHQ Komandanlığı üçün ilk HÜRJET sifarişinin verilməsinə qərar verib. Birinci sifarişə 4+12 təyyarə daxildir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   Türkiyə  


Bizi "telegram"da izləyin