Ukrayna ATAK-2-nin mühərriklərini Türkiyəyə təhvil verib

2023/03/1679205522.jpg
Oxunub: 605     10:57     19 Mart 2023    
Ukrayna ATAK-2 kimi tanınan T929 "Heavy Class" Hücum Helikopterinin mühərriklərini Türkiyəyə təhvil verib.

Ordu.az xəbər verir ki, mühərriklər ATAK-2-nin ilk prototipində istifadə olunacaq.

Məlumata görə, Ukrayna Türkiyəyə T0 adı ilə ilk iki TV3-117VMA-SBM1V-01T turboşaft mühərrikini çatdırıb.

Mühərriklər yanvarın 27-də Türk Aerokosmik Sənayesinin obyektlərinə gətirilib. Hazırda yığılmaqda olan T929 "Heavy Class" Hücum Helikopterinin ilk prototipinin bu ay mühərriklərinin inteqrasiya olunaraq yerüstü sınaqlarına başlaması gözlənilir.

T929 "Heavy Class" Hücum Helikopterinin ilk istifadəçiləri Türkiyə Quru Qoşunları Komandanlığı və Dəniz Qüvvələri Komandanlığı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Türkiyə   ATAK-II  


Bizi "telegram"da izləyin