ANKA-3 Pilotsuz Döyüş Təyyarəsindən ilk foto

2023/03/1679205117.jpg
Oxunub: 1614     09:51     19 Mart 2023    
Türk Aerokosmik Sənayesi (TUSAŞ) tərəfindən hazırlanan ANKA-3 Pilotsuz Döyüş Təyyarəsi ilk dəfə nümayiş etdirilib.

Ordu.az xəbər verir ki, bu barədə TUSAŞ-ın Baş direktoru Temel Kotil rəsmi "Twitter" hesabında yazıb.

O, ANKA-3-dən başqa HÜRJET və MMU-nun görüntülərini də paylaşıb.

"Türk əsrində millətimizə verdiyimiz sözü tutmuşuq. MMU və HÜRJET taksi sınaqları həyata keçirilib, tezliklə ATAK-2-nin mühərriki işə salınacaq, ANKA-3 isə ilk uçuşunu edəcək. Minlərlə həmkarımız və iş ortağımızla yaratdığımız məhsulları Çanaqqala şəhidlərinə təqdim edirik", - deyə o qeyd edib.


Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANKA   TUSAŞ  


Bizi "telegram"da izləyin