"Kyodo": Rusiya Ukrayna ilə müharibədə Çin silahlarından istifadə edib

2021/11/https-1636022710.jpg
Oxunub: 294     04:35     19 Mart 2023    
Amerika Birləşmiş Ştatlar hesab edir ki, Ukraynada Çin döyüş sursatlarından istifadə edilib.

Ordu.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

Lakin bu sursatın Çin tərəfindən tədarük edilib-edilməməsi məlum deyil.

Tədarüklər təsdiqlənərsə, Vaşinqton tədbir görməyə hazırdır.

Eyni zamanda, nəşrin mənbələri söhbətin hansı sursatdan getdiyi barədə məlumat vermir.

ABŞ və Çin arasında bir çox fikir ayrılıqları fonunda rəsmilər bu yaxınlarda bildiriblər ki, Vaşinqtonda Pekinin Rusiyaya silah və sursat göndərməyi nəzərdən keçirdiyini göstərən kəşfiyyat məlumatları var.

ABŞ Dövlət Departamentinin sözçüsü məsələyə “Bu, bizim yaxından izlədiyimiz və yaxından izləməyə davam etdiyimiz bir şeydir” şərhini verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Çin  


Bizi "telegram"da izləyin