Ukraynanın Kramatorsk şəhəri raket atəşinə məruz qalıb, ölən və yaralananlar var

2018/09/manar-02179860014751547677_1536920681.jpg
Oxunub: 303     20:55     18 Mart 2023    
Ukraynanın Kramatorsk şəhərinə (Donetsk vilayəti) raket hücumu nəticəsində 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə “RBC-Ukraina” Kramatorsk şəhər hərbi administrasiyasının rəhbəri Aleksandr Qonçarenkoya istinadən xəbər verib.

"Rusiya terroru davam etdirir. Kramatorskın kaset bombalarından atəşə tutulmasının nəticələri - 2 nəfər həlak olub, 8 nəfər (üçü ağır olmaqla-red) yaralanıb", - məlumatda deyilir.

Qonçarenko qeyd edib ki, Rusiya hərbçiləri Bernatski bağını və iki kommunal müəssisənin ərazisini atəşə tutublar. İlkin məlumata görə, onlarla yaşayış binası və 14 kommunal texnikaya ziyan dəyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Kramatorsk  


Bizi "telegram"da izləyin