Səfir: "Çanaqqalada ucaldılan Azərbaycan şəhidləri abidəsi Türkiyə ilə dostluğumuzun əbədiliyinin göstəricisidir"

2023/03/2023--1679155986.jpg
Oxunub: 222     19:52     18 Mart 2023    
Çanaqqalada ucaldılan Azərbaycan şəhidləri abidəsi Azərbaycan - Türkiyə dostluğunun əbədiliyinin göstəricisidir.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə azərbaycanlı jurnalistlərə açıqlamasında Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov bildirib.

O, abidənin ucaldılmasına dair qərarın dövlət başçısı İlham Əliyevin Türkiyəyə səfəri çərçivəsində verildiyini də xatırladıb.

“108 il əvvəl, Türk torpaqlarını qorumaq məqsədi ilə Orta Asiya, Krım və Azərbaycandan gələn türklər canlarını fəda edib. Bunun təkrarını biz 2020-ci ildə Qarabağda gördük. 85 milyonluq türk milləti ayağa qalxdı və Azərbaycan Zəfərini əldə edənə qədər Azərbaycan bayraqlarını yerə qoymadı. Bu gələcək nəsillər üçün gözəl örnəkdir”, - deyə o bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə  


Bizi "telegram"da izləyin