Ağdamda ekskavator minaya düşüb

2023/03/1679140449.jpg
Oxunub: 272     15:23     18 Mart 2023    
Ağdamda ekskavator minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Ordu.az-a bildirilib ki, hadisə rayonun Əfətli kəndində əkin sahəsində baş verib.

Belə ki, kənd sakini Elmir Yusifov ekskavatorla təsərrüfat işləri ilə məşğul olarkən nəqliyyat vasitəsi torpağa basdırılmış partlamamış mərmiyə toxunub.

Nəticədə partlayış baş verib. Hadisə zamanı texnikaya ziyan dəyib. E.Yusifov isə yüngül dərəcəli xəsarətlər alıb.

Araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdam   Mina  


Bizi "telegram"da izləyin