Türkiyə XİN başçısı: "Misirlə bağları bərpa etməkdəyik"

2023/02/16705-1676879623.jpg
Oxunub: 165     14:23     18 Mart 2023    
Türkiyədəki zəlzələlərdən sonra bizə verdiyi dəstəyə görə, Misir hökumətinə və xalqına təşəkkür edirəm.

Ordu.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Misirin xarici işlər naziri Sameh Şükrü ilə birlikdə brifinqi zamanı deyib.

Çavuşoğlu Misirin ölkə olaraq önəmli tərəflərini diqqətə çatdırıb: “Misir Fələstin üçün, Afrika qitəsi üçün olduqca önəmli ölkədir. Xüsusilə Fələstin məsələsində Misirin rolunu təqdir edirik. Bölgəmizin sülh və hüzura ehtiyacı var, bu mənada münasibətləri inkişaf etdirməkdə fayda var. Doğrudur, zamanla münasibətlərimizdə müəyyən bağlar qopdu, amma artıq bu bağları bərpa etməkdəyik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Misir  


Bizi "telegram"da izləyin