FHN-in Mülki müdafiə qoşunlarında Novruz bayramı keçirilib - FOTO

2023/03/64157-5037394206.jpg
Oxunub: 2311     13:02     18 Mart 2023    
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının komandanlığında keçirilən bayram tədbiri Nümunəvi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

FHN-dən Ordu.az-a verilən xəbərə görə, tədbirdə çıxış edənlər Novruz bayramı münasibətilə şəxsi heyəti təbrik edərək onlara xoş bayram arzularını çatdırıblar. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında saxlanılan torpaqlarımızın düşmən tapdağından azad olunması ölkəmizin ərazi bütövlüyünün bərpası ilə yanaşı, həm də xalqımızın milli qürurunun təntənəsidir.

Bildirilib ki, bu gün işğaldan azad olunmuş torpaqlarımızda Novruz tonqallarının alovlanması qalib xalqın öz tarixi torpaqlarına qayıdışının təsdiqidir. Xalqımız bu Novruzu tamamilə fərqli şəkildə qeyd edir və işğaldan azad edilmiş torpaqlarımızda alovlanan bayram tonqallarının rəmzı və tarixi əhəmiyyəti vardır.

Tədbir konsert proqramı ilə davam etdirilib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin