İranın cənubunda zəlzələ baş verib

2023/02/4-1675825464.jpg
Oxunub: 155     13:18     18 Mart 2023    
Bu gün İranın cənubunda 4,6 böyüklüyündə zəlzələ qeydə alınıb.

Ordu.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 22 700 nəfər əhalisi olan Bəndər-Lengə şəhərindən 48 km şimal-şərqdə və 88 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Zəlzələ  


Bizi "telegram"da izləyin