Britaniya Müdafiə Nazirliyinin "Desider" jurnalının məlumatına görə, hökumət özünün yüksək hündürlükdə müşahidə apara bilən hava şarlarını yaratmaq imkanlarını araşdırır. Layihə ABŞ hava məkanında Çinə məxsus "casus şarı"nın görünməsindən sonra gündəmə gəlib.
Layihənin hərbi ehtiyaclar üzrə meneceri Ross Korbet "Desider"ə açıqlamasında bildirib ki, "Aether" layihəsi stratosferi və orada fəaliyyət göstərə biləcək platformaları daha yaxşı başa düşmək məqsədi daşıyan tədqiqat təşəbbüsüdür. "Startosferdən uğurla istifadə böyük potensial faydalar deməkdir", - deyə o qeyd edir.
Korbet həmçinin bildirir ki, Böyük Britaniya Yerdən 50,000-80,000 fut hündürlükdə uzunmüddətli müşahidə apara bilən aviavasitələri idarə etməzdən əvvəl çoxlu sınaqlar aparılmalıdır.
Yüksək hündürlükdə, uzunmüddətli uçuş həyata keçirə bilən aviavasitələr Böyük Britaniya silahlı qüvvələri və NATO müttəfiqləri tərəfindən kəşfiyyat, müşahidə, nəzarət və təkrar yayım fəaliyyətləri üçün istifadə edilə bilər.
"Aether" layihəsi üzərində ABŞ-ın "Sierra Nevada", Böyük Britaniyanın "Voltitude" və qlobal aviasiya sənayesinin liderlərindən biri olan Avropanın birgə "Airbus" şirkəti çalışır.
Korbet iddia edir ki, tədqiqat Britaniyaya düşmənləri üzərində əməliyyat üstünlüyü əldə etməyə kömək edəcək.
Sevinc Əliyeva
Ordu.az