ABŞ Yunanıstana AAVP-7A1 Amfibiya Hücum Vasitəsinin satışına icazə verib

2023/03/maxre-1679127813.jpg
Oxunub: 198     16:47     18 Mart 2023    
ABŞ Yunanıstana AAVP-7A1 Amfibiya Hücum Vasitəsinin satışına yaşıl işıq yandırıb.

Ordu.az yunan KİV-lərinə istinadən xəbər verir ki, Yunanıstan ümumilikdə 76 amfibiya hücum vasitəsi alacaq.

Məlumata görə, AAVP-7A1-lər üçün 268 milyon dollar ayrılacaq. Zirehli personal daşıyıcı konfiqurasiyasına 63 AAVP-7A1, komanda konfiqurasiyasına 9 AAVC-7A1 və xilasetmə konfiqurasiyasına 4 AAVR-7A1 vasitəsi daxildir. Bundan əlavə, 63 ədəd 12,7 mm-lik pulemyot və termal görüntüləmə sistemləri də gətiriləcək.

Satışla bağlı ABŞ Dövlət Departamenti bəyanat yayıb: "Təklif edilən bu satış Avropada siyasi sabitlik və iqtisadi irəliləyiş üçün mühüm tərəfdaş olan NATO müttəfiqinin təhlükəsizliyinin artırılmasına kömək etməklə ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərini dəstəkləyəcək."

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yunanıstan  


Bizi "telegram"da izləyin