Ordu.az xəbər verir ki, sınaqlardan sonra müdafiə naziri Byorn Arild Qram, baş nazir Yonas Qar Störe və maliyyə naziri Trygve Slagsvold Vedum "Leopard 2A7" tanklarının alınmasına qərar veriblər.
54 ədəd "Leopard 2A7" almanların "Krauss-Maffei Wegmann" (KMW) şirkətindən alınacaq.
Xatırladaq ki, 2020-ci ilin noyabrında Norveçin sabiq müdafiə naziri Frank Bakke-Jensen Norveç Ordusunun 2025-ci ilə qədər öz inventarındakı tankları yeniləyəcəyi barədə məlumat paylaşmışdı.
Sevinc Əliyeva
Ordu.az